Dünyanın ən bacarıqlı iş qadınları karyerada uğur qazanmağın sirlərini açıqlayıb.
İş həyatının qadın üçün ağır olduğunu düşünürsünüzsə, dünyanın ən nüfuzlu şirkətlərində çalışan iş qadınlarının məsləhətlərini nəzərə alın və əməl edin.
Yuxudan tez durun
«Starbucks» un rəhbəri Michelle Gass çox vaxt yuxudan 4.30-da durduğunu və qaçdığını söyləyir. «Avon» kosmetika firmasının rəhbərlərindən biri Andrea Jung isə 5-də oyanır. Sübh tezdən oyanmaqla iş həyatınızda daha böyük uğurlar əldə edə bilərsiniz.
Alış-veriş edin
Araşdırmalar qadınların bazarlıq etməkdə kişilərdən daha bacarıqsız olduğunu göstərir. Bu da kişilərin niyə qadınlardan daha çox pul qazandığını göstərir. Daha çox pul qazanmaq istəyirsinizsə, bazarlıq etməyi öyrənməlisiniz.
İşlərinizi bölün
«Four season» otellərinin baş meneceri Katie Taylor konrtol dəlisi olduğunu etiraf edir. Ancaq işçilərə də tapşırıqlar verməyi unutmur. Hər işin öhdəsindən gəlməyi bacardığınızı düşünüb bütün işləri öz üzərinizə götürməyin.
Araşdırın
Facebookun baş meneceri Sherl Sandberq vacib görüşdən əvvəl həmin insan haqqında araşdırma aparmağın vacib olduğunu vurğulayır. Görüşdən sonra isə həmin insana mövzu barədə mail yolladığını və əməkdaşlıq etdiyini deyir.
Suallar verin
Disney Media Networks şirkətinin rəhbərlərindən biri Anne Sweeney mütəmadi olaraq bilmədiyiniz məsələr haqqında suallar verməyin iş həyatında vacib olduğunu söyləyir.
Dinləməyi bacarın
«QVC» ticarət və media şirkətinin baş meneceri Claire Watts hər cümə axşamı ofisdə hamıya sərbəstlik verir. Həmin gün məsləhətə ehtiyacı olan hər kəs gəlib onunla söhbət edə və fikirlərini bölüşə bilər.
Hədəf qoyun
Campbell şirkətinin baş meneceri Denise Morrison uşaqlığından bəri qarşısına məqsədlər qoyduğunu etiraf edir.
Cəsur olun
«KeyCorp»un baş meneceri bank sahəsində karyerasına başlayarkən şəhərdəki bütün bankları gəzdiyini və iş axtardığını söyləyir. Hətta bir bankda işə qəbul olunmaq üçün 3 saata qədər gözləyib.
Yox deməyi öyrənin
Dünya Qida Proqramı idarə heyətinin rəhbəri Ertharin Cousin yox deməyin çətin, amma faydalı olduğunu vurğulayır.
İnadçı olun
Ən uğurlu iş qadınları karyerasında əldə etdikləri uğurları inadçı və israrcı xüsusiyyətlərinə borclu olduğunu qeyd edirlər.