15-16 aprel tarixlərində Bakıda “İnvestPro-Azərbaycan 2014” adlı beynəlxalq sərgi keçiriləcək | Banco.az

15-16 aprel tarixlərində Bakıda “İnvestPro-Azərbaycan 2014” adlı beynəlxalq sərgi keçiriləcək

Bu günlərdə, yəni aprelin 15 və 16-da paytaxtımızda  “İnvestPro-Azərbaycan 2014” adlı beynəlxalq sərgi-konfrans keçirilir.

Konfrans Azərbaycanda investisiya mühitinin öyrənilməsi və beynəlxalq təcrübənin paylaşılması baxımından böyük əhəmiyyət daşıyır. Tədbirdə əhatə olunacaq mövzuların rəngarəngliyini isə tədbirin proqramından görmək mümkündür.  

Banco.az portalı – “İnvestPro-Azərbaycan 2014” adlı bu beynəlxalq sərginin əsas rəsmi media tərəfdaşıdır. Sərgi “JW Marriott Hotel Absheron ” otelində baş tutacaq.

Layihənin təşkilatçısı “Bosco Conference”şirkətidir.

Konfrans və sərgi formatında keçiriləcək tədbirdə dünyanın 30 ölkəsindən gəlmiş 300-dən çox insanın iştirak edəcəyi gözlənilir. Bununla yanaşı, sərgidə beynəlxalq bankların, hüquq, investisiya, auditor və konsaltinq şirkətlərinin 20-dən çox eksponentinin, eləcə də tədbir çərçivəsində konsaltinq xidmətləri təklif edəcək nümayəndələrin yer alacağı gözlənilir.

Hədəf auditoriyası: Baş direktorlar və maliyyə direktorları, biznes sahibləri, bank rəhbərləri, korporativ hüquqşünaslar, hüquq və konsaltinq şirkətlərinin idarəedici tərəfdaşları.

Konfransın proqramı ilə burada tanış ola bilərsiniz:

  • Azərbaycanda investisiya mühiti
  • Kompaniyanın Azərbaycandakı əcnəbilər ilə fəaliyyəti
  • Daşınmaz əmlaka investisiya: Latviya, Yunanıstan, İsveçrə
  • Ras-El-Xayma – beynəlxalq biznes üçün platforma qismində
  • Böyük Britaniya və BƏƏ ilə investisiya və ticarət
  • Avstriya, Latviya, Lüksemburq, İsveçrə bankları
  • Macarıstan kompaniyaları: vergi imtiyazları və rezidentlik növləri
  • Milli audit standartlarının xüsusiyyətləri
  • Xarici investorların Azərbaycanda hüquqi təchizatı
  • Honkonq kompaniyalarının üstünlüyü
  • Aktivlərin qorunması üçün off-shore qanunvericiliyi: Niderland, Yeni Zelandiya və Sinqapur
  • Estoniya: yaxşı qiymətə Avropa kompaniyası
  • İsveçrədən istifadə etməklə müxtəlif strukturların təsis edilməsi
  • Şərqi-Hindistanda investisiya etmək imkanları və aktivlərin qorunması
  • Avstriya özəl fondları
  • İki günlük konfrans özündə 20-dən artıq məruzə və sərgini, kofe fasiləsini, qəlyanaltı və gecə kokteylini əhatə edir. Tədbirdə həmçinin rus və ingilis dillərinə sinxron tərcümələr həyata keçirilir.

Qeydiyyat haqqı:

€120 –  Azərbaycan və MBD ölkələri üçün

€300 –  digər ölkələrdən olan şirkətlər üçün (region nümayəndəlikləri daxil olmaqla)

Banco.az portalının istifadəçiləri isə xüsusi olaraq 10%-lik endirimdən yararlana bilərlər.

Təbir haqqında daha ətraflı məlumat və qeydiyyat - www.bosco-conference.com saytında mümkündür.

Tailandda keçirilən (sentyabr 2013)  tədbirin videosunu izləmək üçün