"Başak-İnam" sığorta şirkətinin “Facebook” səhifəsini bəyənənlər şirkətdən endirim qazana bilərlər. Şirkətdən verilən məlumata görə, may ayının 31-nə qədər şirkətin “Facebook” səhifəsini “like” edən hər bir müştəri maraqlandığı məhsul üçün 15% endirimli qiymət alır.
Şirkətin biznesin inkişafı departamentinin rəhbəri Hikmət Allahverdi açıqlamasında bildirib ki, endirim istəyən müştəri “Like”dan sonra ad-soyadını və mobil telefon nömrəsini səhifənin ismarış qutusuna (inbox) göndərməlidir ki, məhsul üçün müraciət edənin kimliyi məlum olsun.
Kampaniya avtomobilin kasko sığortası, əmlakın yanğın və digər əlavə risklərdən sığortası, fərdi qəza sığortası, səyahət sığortası, oğurluqdan sığorta, şüşə sınması sığortası və digər sığorta növlərinə aiddir.
Endirim kampaniyasından korporativ müştərilər istisna olmaqla, hər bir vətəndaş istifadə edə bilər.
Mənbə: fins.az