"Paşa Sığorta"dan karyera qurmaq arzusunda olan namizədlərə yeni imkan! | Banco.az

"Paşa Sığorta"dan karyera qurmaq arzusunda olan namizədlərə yeni imkan!

Azərbaycanın aparıcı sığorta şirkəti “Paşa Sığorta” yeni vakansiyalar elan edib. Şirkətin rəsmi internet səhifəsinə istinadən verilən məlumata görə, “Paşa Sığorta”ya korporativ sığorta üzrə məsləhətçisi, MİS proqramçı, maliyyə və anderraytinq assistentləri, marketinq mütəxəsisləri tələb olunur.

“PAŞA Sığorta” şirkətində karyera qurmaq arzusunda olan namizədlər bu ünvana müraciət edə bilərlər: [email protected]. Şirkətin məlumatına görə, təqdim edilmiş CV-lər (rezümelər) nəzərdən keçirilib qeydiyyata alınacaq. Şirkətdə yeni vakansiya yaranan kimi əgər namizədin təhsil səviyyəsi, əmək təcrübəsi, bilik və bacarıqları onun arzuladığı vəzifəyə müvafiq olacaqsa, onda bu namizəd müsahibəyə dəvət ediləcək.

Mövcud vakansiyalar

Vəzifə: Korporativ sığorta üzrə məsləhətçi

Təhsil: Ali təhsil 

İş təcrübəsi: Sığorta sahəsində ən azı 2 il təcrübə 

Biliklər: Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel və MS Power Point-dən istifadə bacarığı, həmçinin qabaqcıl səviyyədə azərbaycan, rus və ingilis dilləri bacarığı 

Xüsusi bacarıqlar: Yüksək təqdimat bacarığı, kollektivdə çalışma, şifahi və yazılı ünsiyyət qurmaq, məntiqi və analitik düşünmə tərzi, müştərilərlə işləmək bacarığı

Vəzifə: MIS proqramçı

Təhsil: Ali texniki təhsil

İş təcrübəsi: Əlaqəli sahədə 3 il 

Biliklər: ASP.Net platforması və C# proqramlaşdırma dili. SQL sorğu dili və Microsoft SQL Server 2008 R2 / 2012. Yaxşı səviyyədə azərbaycan, rus və ingilis dilləri

Xüsusi bacarıqlar: Daxili müştəri ilə işləmək bacarığı, bir neçə layihəni eyni zamanda idarəetmə bacarığı, təqdimat etmə bacarığı

Şəxsi keyfiyyətlər: Dəqiqlık, stressə davamlılıq, məsuliyyətlilik, çeviklik, qeyri-emosional, çalışqanlıq, yaranan vəziyyətə tez reaksiya göstərmə bacarığı, kollektivdə çalışma bacarığı, məntiqi və analitik düşünmə tərzi 

Vəzifə Xərclərə nəzarət və hesabatlılıq üzrə assistent

Ən sərfəli kredit üçün müraciət et

Təhsil: İqtisadi və ya riyazi ali təhsil

İş təcrübəsi: Maliyyə, mühasibat, iqtisadi təhlil və ya büdcələmə/planlama üzrə iş təcrübəsi olanlara üstünlük verilir

Biliklər: MS Office, xüsusilə MS Excel, azərbaycan dili mükəmməl, ingilis və rus dilləri yaxşı səviyyədə

Xüsusi bacarıqlar: Komandada işləmək bacarığı, ünsiyyət qurmaq qabiliyyəti, təhlil etmək və məntiqi düşünmə tərzi 

Şəxsi keyfiyyətlər: Stressə davamlılıq, təşəbbüskarlıq, dəqiqlik, məsuliyyətlilik, qeyri-emosionallıq

Vəzifə: Anderraytinq üzrə assistent/baş assistent

Təhsil: Ali iqtisadi

İş təcrübəsi: İstənilən texniki sahədə minimum 1 il

Biliklər: Peşəkar səviyyədə MS Office, qabaqcıl səviyyədə azərbaycan və rus, orta səviyyədə ingilis dilləri bacarığı. Sığorta biliyinin olması müsbət dəyərləndirilir

Xüsusi bacarıqlar: Məntiqi düşünmə tərzi və analitik təhlil etmə bacarığı, kollektivdə çalışma, daxili və xarici müştərilərlə ünsiyyət qurmaq qabiliyyəti, hesabatların hazırlanması bacarığı

Şəxsi keyfiyyətlər: Təşəbbüskarlıq, stressə davamlılıq, dəqiqlik, məsuliyyətlilik

Vəzifə: Marketinq üzrə mütəxəssis/Baş mütəxəssis

Təhsil: Ali təhsil

İş təcrübəsi: Əlaqəli sahədə 1-2 il

Biliklər: MS Office, Corel Draw. Yaxşı səviyyədə azərbaycan, rus və ingilis dilləri

Xüsusi bacarıqlar: Danışıqlar aparma bacarığı, təqdimat etmə bacarığı, yaradıcı yanaşma, hesabatların hazırlanması bacarığı

Şəxsi keyfiyyətlər: Stressə davamlılıq, məsuliyyətlilik, çeviklik, qeyri-emosional olmalı

Mənbə: fins.az