“Rabitəbank” ASC “Zolotaya Korona” sistemi üzrə xidmətləri dayandırıb | Banco.az

“Rabitəbank” ASC “Zolotaya Korona” sistemi üzrə xidmətləri dayandırıb

Azərbaycanın “Rabitəbank” ASC “Zolotaya Korona” təcili pulköçürmə sistemi üzrə xidmətləri dayandırıb.

Bankdan verilən məlumata görə, bu qərar bankın “Zolotaya Korona” sistemi vasitəsilə həyata keçirdiyi əməliyyatların aşağı gəlirliliyi və əməkdaşlığın səmərəliliyinin az olması ilə bağlıdır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Rabitəbank” ASC əhaliyə dünyanın istənilən nöqtəsinə pul köçürmələri üzrə müxtəlif növ xidmətləri təklif edir. Müştərilər “Western Union”, “Contact”, “Bıstraya Poçta”, “Blizko”, “Lider”, “Monex”, “Caspian Money Transfer”, “IBA Express” təcili pul köçürmə sistemləri vasitəsi ilə vəsait köçürə və ala bilər.

Mənbə: marja.az