Sığorta müqavilələrində yenilik - YADDAŞ VƏRƏQİ VERİLƏCƏK | Banco.az

Sığorta müqavilələrində yenilik - YADDAŞ VƏRƏQİ VERİLƏCƏK

Azərbaycanda sığorta sahəsində maraqlı yenilik tətbiq olunacaq. Bir qədər əvvəl Azərbaycan Respublikasının Mülki Məcəlləsində edilən dəyişikliklərə əsasən sığorta müqavilələri imzalanarkən ənənəvi müqavilə forması ilə yanaşı, "yaddaş vərəqi" adlanan sənəd də tərtib ediləcək. Sığorta şirkətləri müştəri ilə müqavilə imzalayarkən müştəriyə hökmən bu sənədi də təqdim etməlidirlər. "Yaddaş vərəqi"ndə sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etmək barədə məlumatlar, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən hallar və digər mühüm göstəricilər hamı tərəfindən asanlıqla başa düşülən üslubda göstərilməlidir.
"Yaddaş vərəqi"nin yaxın vaxtlarda tətbiq ediləcəyi gözlənilər. Azərbaycan Sığortaçılar Assosiasiyasından verilən məlumata görə, ASA-nın hüquq komitəsində adı çəkilən sənədin hazırlanmasına başlanıb. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az