Yarım milyon saytın fəaliyyəti dayandırılıb | Banco.az

Yarım milyon saytın fəaliyyəti dayandırılıb

Hazırda dünya internet məkanında 919,5 milyon sayt fəaliyyət göstərir.

 

“Netcraft” analitiklərinin son tədqiqatlarına əsasən, fevral ayı ərzində yarım milyon saytın fəaliyyəti dayandırılıb. Mart ayının əvvəlinə olan məlumata əsasən, hazırda dünya internet məkanında 919,5 milyon sayt fəaliyyət göstərir.

Bu azalma hostinq-provayderlərin təşkil etdikləri növbəti kütləvi “təmizləmə” əməliyyatı zamanı baş verib.Hazırda veb-serverlərin statistikasında “Apache” dünya bazarında liderliyini yenə də qoruyub saxlayır.

Ən sərfəli kredit üçün müraciət et

Martın əvvəlində bu serverdə saytların 38,6 faizi işləmişdir. Ona yaxın olan rəqib – “Microsoft IIS” isə bazarın 31,1 faizini əhatə edir. Lakin bu serverin payı fevral ayı ilə müqayisədə 1,69 faiz aşağı düşüb. “Nginx” veb-serverinin bazar payı hazırda 15,56 faizdir. “Google”da isə saytların 2,28 faizi yerləşir.

Mənbə: anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et