Avtomobil sığortasında 16-18% azalma gözlənilir | Banco.az

Avtomobil sığortasında 16-18% azalma gözlənilir

“2013-cü ilin fevral ayında avtonəqliyyat vasitələrinin sığortası (KASKO sığorta) üzrə yığımlarda 16-18% civarında azalma olacağını gözləyirik”
Fins.az-ın “Marja”ya istinadən məlumatına əsasən, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov bildirib. Onun sözlərinə görə, bankların avtomobil kreditlərini yeni sərtləşdirilməş şərtlər ilə təqdim etməsi avtomobil satışlarını azaldıb. Bu da KASKO sığortası üzrə yığımların azalmasına səbəb olur.
Orxan Bayramov qeyd edib ki, əslində avtomobil sığortası üzrə yığımların azalması keçən ildən başlayıb. Belə ki, könüllü avtomobil sığortası üzrə 2013-cü ildə təxminən 2012-ci ildə olduğu həcmdə və ya 56,8 milyon manat sığorta haqları toplanıb.
“Halbuki, keçən il ölkəyə idxal olunan avtomobillər 100 min ədəddən çox idi. Məntiqi olaraq, toplanan sığorta haqları  da artmalı idi, amma KASKO-da artım baş vermədi. Bunun səbəbi  insanların KASKO-nu almaq  istəməməsi ilə bağlıdır. Deməli məhsul çeşidləri artmalı, prosedurlar sadələşdirilməlidir”,- Orxan Bayramov söylədi.
O qeyd etdi ki, ölkədə avtomobil qəzalarının video görüntülərinin sənəd kimi qəbul edilməsi və sığorta ödənişlərinin bunun əsasında verilməsi ilə bağlı təklilə çıxış etməkdə məqsəd  diqqəti bazardakı azalmaya yönəltmək idi:
“Biz araşdırma aparırıq. Məsələn, tutaq ki, elə şikət var 10 manat, digər şirkət isə 13 manat sığorta ödənişi həyata keçirir. 13 manat ödənişi alan müştərinin narazılığı daha çoxdur. Səbəb vaxtdadır. Vaxt nə qədər uzanırsa, narazılıq artır. Vaxtı qısaltmaq lazımdır. Yəni sığortalı sığırta ödənişini qısa müddətdə ala bilməlidir”.
Qeyd edək ki, cari ilin yanvar ayında sığorta şirkətləri avtonəqliyyat vasitələrinin sığortası üzrə 3 milyon 333 min 501 manat sığorta haqqı toplayıblar. Bu da 2013-cü ilin yanvar ayı ilə müqayisədə 475 min manat və ya 12,5% azadır.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az