Dünya Bankı Ukraynaya 3.7 milyard dollar verəcək | Banco.az

Dünya Bankı Ukraynaya 3.7 milyard dollar verəcək

Bunu Dünya Bankının prezidenti Cim En Kim bildirib.

Dünya Bankı bu il Ukraynaya 3,7 milyard dollar maliyyə yardımı edə bilər. 

ANS PRESS-in məlumatına görə, bu barədə Dünya Bankının bəyanatında bildirilir.
Bəyanatda qeyd olunur ki, bank Ukrayna xalqını sonadək dəstəkləməyə və bu ölkədə kompleks iqtisadi islahatların keçirilməsinə, bank sektorunun möhkəmlənməsinə, iqtisadi tarazlığın bərpa edilməsinə, korrupsiyaya qarşı mübarizə aparılmasına yardım etməyə hazırdır.

“Bu çətin gündə Ukrayna xalqına kömək etməyə hazırıq. Ümid edirik ki, yaxın vaxtlarda ölkədəki hadisələrə son qoyulacaq, məsələnin düzgün həlli yolu tapılacaq”, - deyə Dünya Bankının prezidenti Cim En Kim bildirib.

Onun sözlərinə görə, hazırda Ukraynaya maliyyə yardımı proqramının üzərində iş gedir: “Dünya Bankı bu il Ukraynada 3,7 milyard dollar dəyərində bir sıra layihələr həyata keçirməyi planlaşdırır”.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com