Deyəsən böhran bitib. Böyük Britaniyanın "Henderson Global Investors" şirkətinin hesablamalarına görə, ötən il bütün dünya üzrə şirkət səhmdarları 1,03 dollar həcmində dividend əldə edib. Hər 3-cü dollar şirkət səhmlərinin sahibləri tərəfindən ödənilib. Sözügedən səhmdarlara məxsus qiymətli kağızlar ABŞ və Avropanın fond bazarlarında satılmaqdadır.
Əvvəlki il ilə müqayisədə artım cəmi 2.8% təşkil edir. Lakin 2009-cu ildən etibarən bu göstəricidə 43%-dək artım qeydə alınıb. Qeyd edək ki, inkişaf etməkdə olan ölkələrin şirkətləri üçün 5 il ərzində dividendlərin həcmi 10,7%, Böyük Britaniya və kontinental Avropada isə bu göstərici 8% təşkil edib.
Sevinc Ibadova| Banco.az