Bill Geyts yenidən dünyanın ən zəngin insanı oldu | Banco.az

Bill Geyts yenidən dünyanın ən zəngin insanı oldu

Mənbə: oxu.az“Forbes” reytinqində dünyanın ən varlı adamları

Amerikanın “Forbes” jurnalı, 3 martda illik milyarder reytinqini tərtib edib.

Dördillik fasilədən sonra zirvəyə Microsoft yaradıcısı Bill Geyts qayıdıb. Onun sərvətinin “Forbes” 76 milyard dollar olduğunu qeyd edib, bu isə keçən ildən 9 milyard çoxdur. Keçən ilki lider Meksika telekommunikasiya maqnatı Karlos Slim isə  72 milyard dollarlıq sərvətlə ikinci pilləyə enib. Top-3 siyahısını İnditex (Zara şəbəkəsi və s.) şirkətinin sahibi Amansio Orteqa tamamlayıb. İspaniyalı milyarderin sərvəti bir ilin ərzində 7 milyard artaraq 64 milyard dollara çatıb.

Oxu.Az “Forbes”-ə istinadən xəbər verir ki, 2014 reytinqinə sərvəti 1 milyarddan yuxarı olan 1645 adam daxil olub.

Onların ümumi sərvəti 6,4 trilyon dollardır, bu isə bir il bundan əvvəlki məbləğdən 1 trilyon çoxdur. Siyahıda rekord vuran 268 təzə ad var, onlardan 42-si qadındır.

Ümumiyyətlə, reytinqdə 172 qadın var, bu isə yeni bir rekorddur, çünki keçən il bu 138 idi. Rusiyanı siyahıda 111 adam təmsil edir, onların içində ən varlısı Aişer Usmanovdur, o, 18,6 milyard sərvətlə 40-cı yeri tutub.

2014 reytinqin iştirakçısının orta sərvəti 4,7 milyarddır. Dünya milyarderlərindən 1080-i və ya üçdə biri kapitallarını özləri yığıb, 207-si böyük sərvətə varis olub, 352-si varis olduqları sərvəti dəfələrlə artırıblar. Top-20 siyahısına düşmə həddi 8 milyarddan 31 milyarda qalxdı.

Keçən il ən çox artım Facebook yaradıcısı və baş direktoru Mark Zukerberq (№21) üçün oldu. O, öz sərvətini 13,3 milyarddan 28,5 milyarda qaldırdı. Reytinqə həmçinin Facebook sayəsində milyarder olmuş yeni adlar da düşdü. Bu, şirkətin maliyyə direktoru Şeril Sendberq (№1540), öz məhsullarını Zukerberqə 19 milyarda satan WhatsApp mobil mesencerin yaradıcıları Yan Koum (№202; 6,8 milyard) və Brayan Ektondur (№551; 3 milyard). İlin ən uğursuzu braziliyalı maqnat Eyke Batista oldu, onun sərvəti keçən ildən 10,6 milyarddan 300 milyona düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Reytinqin iştirakçılarının yenə də çoxu ABŞ vətəndaşıdır – 492 nəfər. Milyarderlərin 152-si Çin vətəndaşıdır. Bu il Əlcəzair, Liva, Tanzaniya və Uqandadan yeni milyarderlər peyda olub.

 

Mənbə: oxu.az