Plastik kart vasitəsi ilə həyata keçirilən ödənişlər müasir insan üçün gündəlik həyatın bir hissəsinə çevrilib. Prinsip etibarı ilə gəlin razılaşaq ki, hər hansı bir kart sahibi üçün ticarət mərkəzinə gələrək, heç bir nağd vəsaitdən istifadə etmədən, öz plastik kartı vasitəsi ilə alış-veriş etmək heç də böyük çətinlik törətmir.
Lakin bəziləri üçün bu proses olduqca qaranlıq qalır, çünki onlar alış-verişə görə ödənişin necə həyata keçdiyini tam anlaya bilmirlər.
Təbii ki, müştərinin hesabında olan pullar dükanın hesabına heç də fikrin və iradənin gücü sayəsində keçmir. Bu gün böyük mağazaların və ticarət mərkəzlərinin kassaları POS-terminal adlanan xüsusi cihazla təmin ediliblər, bu aparat da plastik kart vasitəsi ilə ödəniş edilməsini mümkün edir, həmçinin fiziki və hüquqi şəxslərə ekvayrinqin bütün üstünlüklərindən yararlanmaq imkanı verir.
Bugünkü məqaləmizdə biz siz oxucularla birlikdə ekvayrinqin nə olduğunu və nə üçün onun belə əhəmiyyətli olduğunu araşdırmağa çalışacağıq.
Ekvayrinq necə işləyir və bu tip xidmətləri kim təqdim edir?
Mütəxəssislərin fikrinə əsasən, ekvayrinq bank kartı vasitəsi ilə ödənişlərin qəbulu və həyata keçirilməsi üzrə xüsusi xidmətlərin məcmusu, xidmətlər kompleksidir. Bu zaman öz müştərilərinə bu tip xidmət həyata keçirən maliyyə təşkilatı Bank-ekvayer adlanır. Bu banklar ticarət müəssisələrində plastik kart vasitəsi ilə ödənişlərin qəbul edilməsini mümkün edən avadanlıqları quraşdırır, həmçinin dükanın plastik kart vasitəsi ilə həyata keçirilmiş bütün maliyyə əməliyyatları üzərində nəzarət həyata keçirir. Faktiki olaraq, öz mahiyyət etibarı ilə ekvayrinq bankın və ticarət müəssisənin birlikdə həyata keçirdiyi xidmətdir və onun tərəflərdən hər biri üçün üstünlükləri vardır.
Ticarət müəssisəsi üçün:
- Zəngin və daimi müştərilərin cəlb edilməsi
- Maliyyə təşkilatından müxtəlif imtiyazlar qazanmaq
- Saxta pul vəsaitlərindən qorunmaq və s.
Maliyyə müəssisəsi üçün isə ekvayer xidmətinin üstünlüyü özünü dükanda edilmiş hər bir alış-verişdən tutulan komisyon haqlarda (bu rəqəm çox fərqli ola bilər, bəzən məhsulun dəyərinin 20%-nə də çatır) göstərir. Ekvayrinq haqqında müqavilə bank və ticarət müəssisəsi arasında imzalanır, əslində bu xidməti beynəlxalq ödəniş sistemləri həyata keçirir, maliyyə müəssisələri isə belə xidmətlərin həyata keçirilməsində sadəcə vasitəçi rolunu oynayır.
Ekvayrinq necə işləyir?
Öz dükanında POS terminal yerləşdirmək və ekvayrinq iştirakçısı olmaq üçün ticarət müəssisinə tələb olunacaq:
• Bütün ticarət məntəqəsi boyu, bilavasitə ödəniş sistemlərinə çıxışı olan kassa aparatlarının quraşdırılması. Nəzərə almaq lazımdır ki, bu avadanlıq heç də ucuz başa gəlmir.
• Bankdan onun POS-terminallarının icarəyə götürülməsi, bunlar bankın öz sistemi ilə birbaşa əlaqəli olan elektron qurğulardır. Bu qurğular kart vasitəsi ilə edilmiş ödənişin həmin ticarətə müəssisənin ünvanına həyata keçirilməsini təmin edir
• Belə terminallar internetə və ya telefon xəttinə qoşulu olur, son modellərdə simsiz rabitədən istifadə edilir ki, bu da pos-terminalı bütün ticarət müəssisə boyu sərbəst hərəkət etdirməyə imkan verir və bununla da müştərilərin maksimal komfortunu təmin edir.
• Şəxsi terminallar. Dükan tərəfdən ayrıca terminalların alınmasına gərək qalmır, belə ki, bankın maraqlarını qoruyan agentlər, hər-hansı bir ilkin ödəniş olmadan pos-terminalları icarəyə verməyə hazır olur.
Mütləq qeyd etmək lazımdır ki, bu gün kredit kartları vasitəsi ilə digər ödəniş formaları da mövcuddur, məsələn internet-mağazalarda istifadə olunan internet-ekvayrinq. Həmçinin mobil terminallarda vardır ki, bu balaca mobil telefonlara quraşdırılmış qurğu nağd vəsait olmadan telefon vasitəsi ilə ödəniş etmək üçün nəzərdə tutulub, bu kredit kartlarından istifadə olunan terminalların mini versiyası kimi görünür.
Kart sahibləri tərəfindən ekvayrinqə münasibət
Hazırda plastik bank kartları nağd pul vəsaitləri ilə ciddi rəqabətə girməyə çalışsa da ölkədə hələ də bu istiqamətdəki vəziyyət ürəkaçan deyil. Pullarını evdə deyil, kart hesablarında saxlamağa çalışan insanların sayı gündən-günə artsa da bu rəqəm hələ yetərli həddə deyil. Ilk növbədə nəzərə alın ki, üzərinizdə böyük miqdarda nağd pul gəzdirmək təhlükəlidir, burada həm itki həm də oğurluq təhlükəsi vardır. Iki haldan heç birində pullarınızın geri qayıdacağına zəmanət yoxdur. Plastik kart oğurlanarsa və itərsə kartı blok etmək mümkündür.
Kart sahibi tərəfindən ekvayrinq prosesi bu formada görünür:
• Etdiyi alış-verişə görə ödəniş etməli olan alıcı –kredit kart sahibi öz kartını kassirə təqdim edir;
• Kassir kartı POS-terminaldan keçirir, zərurət yarandıqda kartın çipindən istifadə edir, daha sonra kart sahibindən Pin –kodu yığmağı xahiş edir (pos–terminaldan asılı olaraq).
• Host-əlaqə həyata keçirilir və kredit kartı bank təşkilatının serverində avtorizasiyadan keçir, ondan sonra isə kart sahibinin hesabından alış-veriş üçün nəzərdə tutulmuş məbləğ silinir və çek təqdim olunur. Həmçinin imzalanmış çeklərdən biri satışı həyata keçirən tərəfdə, digər çek isə sizdə qalır. Normal fəaliyyət zamanı və internetdə, serverdə qırılmalar olmasa, bu əməliyyatlar cəmi bir neçə dəqiqə vaxt tələb edir.