Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Ticarət Nümayəndəliyi (USTR) ədalətsiz ticarət təcrübələri və bəzi ölkələrdə həddindən artıq istehsal gücü ilə bağlı səkkiz ay davam edən araşdırmanı başa çatdırıb.
Banco.az xəbər verir ki, ABŞ administrasiyası 14 əsas ticarət tərəfdaşına qarşı yeni gömrük tarifləri tətbiq etməyi təklif edib. Təklif olunan ən yüksək tariflərdən biri Çindən idxal edilən məhsullara şamil olunacaq.
Təklifə əsasən, ABŞ-ın əsas ticarət tərəfdaşları üçün aşağıdakı tarif dərəcələri nəzərdə tutulur:
-
Çin – 20%;
-
Avropa İttifaqı – 15%;
-
Cənubi Koreya – 15%;
-
Yaponiya – 15%;
-
Tailand – 18%;
-
Vyetnam – 20%;
-
İsveçrə – 15%;
-
Sinqapur – 10%;
-
Hindistan – 17%.
Mövcud təklifə əsasən, Çindən idxal olunan məhsullara tətbiq ediləcək tariflərin 20%-ə çatması nəzərdə tutulur. Lakin iki ölkə arasında danışıqlar nəticəsiz qalarsa, bu göstəricinin 40%-ə yüksəlməsi ehtimalı da var.
ABŞ ilə Avropa İttifaqı arasında əldə edilmiş razılaşmaya əsasən, Avropa məhsullarına 15%-lik tarif tətbiqi nəzərdə tutulsa da, bu dərəcənin 20%-ə qədər artırılması ehtimalı müzakirə olunur.
Qeyd edək ki, təklif olunan tariflər hazırda ictimai məsləhətləşmə mərhələsindədir. Bu proses və sonrakı danışıqlar nəticəsində tarif dərəcələrində dəyişiklik edilə bilər.
ABŞ rəsmilərinin bildirdiyinə görə, yekun qərarın 2027-ci ilin yanvarında verilməsi gözlənilir.
