Azərbaycanda daha 18 nəqliyyat vasitəsi özəlləşdirilib | Banco.az

Azərbaycanda daha 18 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 18 nəqliyyat vasitəsi satılıb.

Qurum xəbər verir ki, hərracda start qiyməti 5 000 manat olan "Nio ET 5" markalı avtomobil 18 000 manata, ilkin qiyməti 13 000 manat olan "Toyota Camry" markalı avtomobil isə 18 300 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar 1, 8, 15 və 22 dekabrda keçiriləcək. Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" saytlarından seçim edə bilərlər.