Azərbaycanda notbuk istehsalı 96%-dək azalıb | Banco.az

Azərbaycanda notbuk istehsalı 96%-dək azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 280,9 milyon manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 46 faiz azalmış, elektrik avadanlıqlarının istehsalı isə 9,2 faiz artıb. 

10 ayda 1 091 ədəd notbuk (95,7% azdır), 1 440 ədəd stolüstü kompüter, 242,8 min ədəd ölçmə cihazları, 200 ədəd güc transformatorları istehsal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram