Tramp: Çin Boeing-dən daha 250 təyyarə ala bilər | Banco.az

Tramp: Çin Boeing-dən daha 250 təyyarə ala bilər

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp Çinin Amerikanın təyyarə istehsalçısı "Boeing" şirkətindən əlavə 250 təyyarə alacağını gözlədiyini bildirib.

Banco.az xəbər verir ki, Tramp CNBC telekanalına müsahibəsində Çinlə təyyarə ticarətindən danışıb.

O, açıqlamasında Çinə artıq 250 "Boeing" təyyarəsi satdığını qeyd edərək, ölkənin əlavə 250 təyyarə də alacağını düşündüyünü bildirib.

Qeyd edək ki, Tramp bu ilin may ayında Çin prezidenti Si Cinpinin "Boeing" şirkətindən 200 təyyarə almağa razılıq verdiyini açıqlamışdı.