ABŞ və Çin liderləri arasında görüşlər başlayıb | Banco.az

ABŞ və Çin liderləri arasında görüşlər başlayıb

Müəllif:Mehin Qasımova,Banco.az

Çin prezidenti Si Cinpin və ABŞ prezidenti Donald Tramp arasında ikitərəfli görüş Çinin Şençjen şəhərində başlayıb.

Banco.az xəbər verir ki,Çin Mərkəzi Televiziyasının məlumatına görə, danışıqlar Qilin Şanjuanq iqamətgahında keçirilir. Görüş APEC sammiti çərçivəsində, Rusiya, Çin və ABŞ liderlərinin iştirakı ilə nəzərdə tutulan üçtərəfli danışıqlardan əvvəl baş tutub.

Bu, iki liderin 2026-cı ildə üçüncü görüşüdür. Belə ki, Donald Tramp may ayında Pekinə dövlət səfəri edib, Si Cinpin isə sentyabr ayında Vaşinqtona səfər edib.

Qeyd edək ki, APEC İqtisadi Liderlərinin 33-cü Zirvə Toplantısı noyabrın 18-19-da Şençjendə keçirilir. Təşkilat Asiya-Sakit Okean regionunun 21 iqtisadiyyatını birləşdirir.