Kriptovalyuta bazarında əsas aktivlərin qiymətində azalma davam edir.
Banco.az xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 0,84% azalaraq 64 354,46 ABŞ dollarına enib. Son 7 gündə qiymət itkisi 12,60% təşkil edib.
“Ethereum”un qiyməti 1,34% azalaraq 1 803,38 dollara, BNB-nin qiyməti 0,35% geriləyərək 591,36 dollara düşüb. “Bitcoin Cash”in qiyməti 0,25% azalaraq 208,44 dollara, “Quant”ın qiyməti isə 0,46% geriləyərək 152,72 dollara enib.
Bununla yanaşı, bəzi kriptovalyutalarda qiymət artımı qeydə alınıb. “Zcash”ın qiyməti 3,48% artaraq 952,41 dollara, “Monero”nun qiyməti 2,80% yüksələrək 506,96 dollara çatıb. “Bittensor”un qiyməti isə 1,35% artaraq 195,86 dollar təşkil edib.
Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,54% azalaraq 2,19 trln. dollar təşkil edib. “CoinMarketCap 20” indeksi 0,61% geriləyərək 129,51 bəndə enib.
