“SpaceX” “Nvidia” çiplərinin alınması üçün 40 milyard dollarlıq maliyyələşdirmə sazişi imzalayıb | Banco.az

“SpaceX” “Nvidia” çiplərinin alınması üçün 40 milyard dollarlıq maliyyələşdirmə sazişi imzalayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“SpaceX” “Nvidia” çiplərinin alınması üçün 40 milyard dollarlıq maliyyələşdirmə sazişi imzalayıb.

Banco.az xəbər verir ki, ABŞ-ın kosmik və aviasiya şirkəti “SpaceX” süni intellekt infrastrukturunu genişləndirmək məqsədilə təxminən 40 milyard dollar dəyərində qrafik prosessorların (GPU) və əlaqəli avadanlıqların maliyyələşdirilməsi üçün “Apollo Global Management” ilə razılığa gəlib.

“SpaceX”in açıqlamasında “Apollo Global Management” tərəfindən idarə olunan qurumla əsas maliyyə lizinqi müqaviləsinin imzalanmasına dair məcburi öhdəlik götürüldüyü bildirilib.

Təxminən 40 milyard dollarlıq maliyyələşdirmənin şirkətin yerüstü hesablama infrastrukturunda istifadə olunacaq “Nvidia”nın yeni nəsil “Vera Rubin” çiplərinin tədarükünü əhatə etdiyi qeyd olunub. Sözügedən əməliyyatın indiyədək öhdəlik götürülmüş ən böyük GPU maliyyələşdirməsi olduğu vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram