Avropada qazın qiyməti 1 100 dolları ötdü | Banco.az

Avropada qazın qiyməti 1 100 dolları ötdü

Müəllif:Mehin Qasımova,Banco.az

Avropada təbii qazın qiyməti 2022-ci ilin dekabrından bəri ilk dəfə min kubmetr üçün 1 100 dolları ötüb.

Banco.az xəbər verir ki, London ICE birjasının məlumatına görə, Niderlanddakı TTF qaz mərkəzində noyabr fyuçerslərinin qiyməti min kubmetr üçün təxminən 1 111 dollara yüksəlib.

Daha sonra bu göstərici 1 108,7 ABŞ dolları (+2 %) olub.

Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablanmış qiymətinə - 1 000 kubmetr üçün 1 087,3 ABŞ dollarına əsasən göstərilir.