Çin Yaponiyaya nadir torpaq elementlərinin ixracını məhdudlaşdırmasına nüvə silahı ilə bağlı səbəb göstərib | Banco.az

Çin Yaponiyaya nadir torpaq elementlərinin ixracını məhdudlaşdırmasına nüvə silahı ilə bağlı səbəb göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Yaponiyaya nadir torpaq elementlərinin ixracını məhdudlaşdırmasına nüvə silahı ilə bağlı səbəb göstərib.

Banco.az xəbər verir ki, Çin Yaponiyaya nadir torpaq elementlərindən olan itriumun (Y) ixracını azaltmaqda məqsədinin bu ölkənin yenidən silahlanmasının və nüvə silahı əldə etmək cəhdlərinin qarşısını almaq olduğunu açıqlayıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Pekində keçirdiyi mətbuat konfransında Yaponiyaya tətbiq edilən ixrac məhdudiyyətləri ilə bağlı sualları cavablandırıb.

Yaponiyaya qarşı ixrac nəzarətinin qüvvədə olan qanun və qaydalara uyğun olduğunu bildirən Mao deyib: “Məqsəd Yaponiyanın yenidən silahlanmasının və nüvə silahına sahib olmaq cəhdlərinin qarşısını almaqdır”.

Mao Çinin strateji əhəmiyyətli minerallarla bağlı qlobal sənaye və təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini qorumaq mövqeyinin dəyişmədiyini vurğulayıb. Sözçü bütün tərəflərin bu məqsədə çatmaq üçün müsbət töhfə verməli olduğunu qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram