Azərbaycan Peruya investisiyalarını 13 dəfədən çox artırıb | Banco.az

Azərbaycan Peruya investisiyalarını 13 dəfədən çox artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Peru iqtisadiyyatına 20 milyon 394 min ABŞ dolları investisiya yatırıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18 milyon 869 min dollar və ya 13,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Peru iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,4% təşkil edib.

Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların məbləği 5 milyard 360 min dollara bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram