Müəllif: Gülnar Əhmədli, Banco.az
“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2026-cı ilin yanvar-avqust aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
Banco.az xəbər verir ki, özəl ixracatçıların siyahısında “AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi 245.7 milyon dollarlıq ixracla birinci olub.
İlk 10-luqda olan şirkətlər bunlardır:
- “AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi - 245.7 milyon dollar
- “Prime Cotton” MMC - 102.9 milyon dollar
- “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC - 90.9 milyon dollar
- “Baku Steel Company” QSC - 54 milyon dollar
- “Prime Export” MMC - 43.9 milyon dollar
- "Tabaterra" MMC - 40.6 milyon dollar
- "West Stream" MMC - 32.3 milyon dollar
- "Agrarco" MMC - 31 milyon dollar
- "Silk Way Aviaşirkəti" MMC - 28.5 milyon dollar
- “P-Aqro” MMC - 27.3 milyon dollar
Bizi sosial şəbəkələrdən izləyin!!
