Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropada təbii qazın qiyməti həftəlik müqayisədə 10,5 faiz ucuzlaşıb.
Banco.az xəbər verir ki, Avropada təbii qaz qiymətlərinin müəyyənləşdirilməsində istinad göstəricisi hesab olunan Niderland mərkəzli TTF-də oktyabr fyuçersləri üzrə təbii qazın meqavatsaatının qiyməti ötən həftənin cümə gününü 79,52 avro ilə başa vurub.
Qiymətlər bu gün saat 15:14-də ötən həftənin cümə günündəki bağlanış qiyməti ilə müqayisədə 10,5 faiz azalaraq 71,16 avroya düşüb.
Həftənin ilk ticarət günlərində qiymətlərin ucuzlaşmasına İranın ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırması və diplomatiyaya qayıtması halında Hörmüz boğazını yenidən aça biləcəyinə dair xəbərlər təsir edib. Bu vəziyyət Hörmüz boğazı vasitəsilə daşınan mayeləşdirilmiş təbii qazın tədarükünün yenidən başlaması və qlobal təchizat çatışmazlığının azalacağı ilə bağlı gözləntiləri gücləndirib.
Bizi sosial şəbəkələrdən izləyin!!
