Müəllif: Tamara Mustafayeva, Banco.az
Süni intellekt şirkətlərinin rəhbərləri Ağ Evə çağırılıb.
Banco.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Çinə qarşı rəqabət üstünlüyünün itirilməsi riski səbəbindən süni intellektin inkişafı üzrə işlərin dayandırıla bilməyəcəyini bildirib. O, süni intellekt şirkətlərinin öz fəaliyyətlərinə özlərinin nəzarət edə biləcəyini deyib.
Conson jurnalistlərə açıqlamasında bildirib: “Onlar öz fəaliyyətlərinə nəzarət edə bilərlər. İşlərin sürətini azaltmaları üçün hökumətin onlara göstəriş verməsinə ehtiyac yoxdur. Əgər yavaşlamaq istəyirlərsə, bunu edə bilərlər. Süni intellektin inkişafını da dayandıra bilmərik, elə deyilmi? Çünki bu halda Çinə qarşı üstünlüyümüzü itirərik və bunun hər bir Amerika ailəsi üçün ciddi milli təhlükəsizlik nəticələri olar.”
Bizi sosial şəbəkələrdən izləyin!!
