Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Tramp İranla hərbi münaqişə başa çatdıqdan sonra neft qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bildirib.
Banco.az xəbər verir ki, Tramp sosial media paylaşımında neft qiymətlərindəki artımın müvəqqəti olduğunu deyib. O, ABŞ-da qiymət artımlarına görə əvvəlki prezident Co Bayden administrasiyasını məsul tutub.
Tramp bildirib ki, İranla münaqişə başa çatdıqdan sonra neftin qiyməti qısa müddət ərzində əhəmiyyətli dərəcədə ucuzlaşacaq.
ABŞ prezidenti həmçinin Hörmüz boğazından neft axınının davam etdiyini qeyd edib və münaqişə başa çatdıqdan sonra ABŞ-a dəstək verməyən ölkələrin yaranmış xərcləri ödəməli olacağını bildirib.
