İsveçrənin ən böyük həyat sığortası şirkəti 600 nəfəri işdən çıxarır | Banco.az

İsveçrənin ən böyük həyat sığortası şirkəti 600 nəfəri işdən çıxarır

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçrənin ən böyük həyat sığortası şirkəti 600 nəfəri işdən çıxarır.

Banco.az xəbər verir ki, İsveçrənin ən böyük həyat sığortası təminatçısı və aparıcı daşınmaz əmlak investorlarından olan “Swiss Life” mənfəət artımına baxmayaraq, səmərəliliyi yüksəltmək məqsədilə 2028-ci ilin sonuna qədər təxminən 600 nəfəri işdən çıxaracağını açıqlayıb.

Şirkət rəhbərliyinin açıqlamasında, planlaşdırılan işçi ixtisarlarının təxminən yarısının İsveçrədəki sığorta fəaliyyətində, digər yarısının isə əsasən xaricdəki aktiv idarəetmə bölməsində baş verəcəyi bildirilib.

Bu qərarın şirkətin 2026-cı ilin birinci yarısında əldə etdiyi güclü maliyyə nəticələrinə baxmayaraq gəlməsi diqqəti çəkib.

İlin ilk altı ayında xalis mənfəətini 8 faiz artıraraq 649 milyon İsveçrə frankına (801 milyon dollar) yüksəldən “Swiss Life”ın əməliyyat mənfəəti də 8 faizlik artımla 967 milyon İsveçrə frankına (1,2 milyard dollar) çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram