Azərbaycanın Almaniyaya neft ixracı 45%-dən çox azalıb | Banco.az

Azərbaycanın Almaniyaya neft ixracı 45%-dən çox azalıb

Azərbaycanın Almaniyaya xam neft ixracı bu ilin yanvar-iyul aylarında  azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Almaniyaya 360 min 299 ton xam neft ixrac edilib.

Bu məhsulun ümumi dəyəri 210 milyon 855,8 min ABŞ dolları təşkil edib.

2025-ci ilin eyni dövrü ilə müqayisədə Almaniyaya xam neft ixracının həcmi 45,5%, dəyəri isə 40,9% azalıb.

Almaniyaya göndərilən xam neft Azərbaycanın ümumi neft ixracının 2,8%-ni təşkil edib.

Ümumilikdə, yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 12 milyon 722 min 590,97 ton xam neft və neft məhsulları ixrac edib. Bu məhsulların ümumi dəyəri 8 milyard 32 milyon 903,55 min ABŞ dolları olub.

Hesabat dövründə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 29 milyard 216 milyon dollar təşkil edib. Bunun 19 milyard 336 milyon dolları ixracın, 9 milyard 881 milyon dolları isə idxalın payına düşüb.