Yanvar ayı ərzində ən çox ödəniş edən şirkətlərin top onluğu açıqlanıb.
Gün.Az-ın Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ən çox ödəniş 1 mln. 372 min 606 manat olmaqla “Paşa Sığorta” Şirkəti tərəfindən həyata keçirilib.
Siyahıda 2-3-cü yerləri 963 min 407 manatla “Atəşgah” Sığorta və 781 min 63 manatla “Atəşgah Həyat” Sığorta Şirkəti tutub.
Daha sonra isə 678 min 180 manatla “AXA MBASK” Sığorta Şirkəti, 617 min 148 manatla Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti sıralanıb.
Sonrakı beşlikdə isə “Standard Insurance”, “AzSığorta” , “A-Qroup Sığorta Şirkəti”, “Alfa Sığorta” və “AtaSığorta” şirkətləri yer alıb.
Ümumiyyətlə, yanvar ayında sığorta şirkətləri tərəfindən ümumilikdə 8 mln. 75 min 951 manat sığorta ödənişi həyata keçirilib. Ödənişlərin 5 mln. 678 min 97 manatı könüllü sığorta növlərinin payına düşüb.