“Microsoft” yeni nəsil süni intellekt çiplərinin istehsalını artırmağı planlaşdırır | Banco.az

“Microsoft” yeni nəsil süni intellekt çiplərinin istehsalını artırmağı planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Microsoft” yeni nəsil süni intellekt çiplərinin istehsalını artırmağı planlaşdırır.

Banco.az xəbər verir ki, texnologiya xəbər saytı “The Information” mənbələrə istinadən yazıb ki, “Microsoft” bu payız yeni “Maia 300” çiplərini təqdim etməyə hazırlaşır. Məlumata görə, şirkət 2027-ci ildə təhvil verilməsi planlaşdırılan 300 mindən çox çip üçün istehsal gücünü təmin etmək məqsədilə “Taiwan Semiconductor Manufacturing Co.” (TSMC) ilə danışıqlar aparır.

“Microsoft” və digər iri texnologiya şirkətləri öz süni intellekt çiplərini hazırlamaqla “Nvidia”dan asılılıqlarını azaltmağa çalışırlar.

“The Information”ın xəbərinə görə, “Microsoft”un rəhbər şəxsi istehsal planları ilə bağlı şərh verməkdən imtina edib. Bununla belə, o bildirib ki, şirkətin son məqsədi qiqavat səviyyəsində “Maia” çiplərinin istehsalına nail olmaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram