Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanla Böyük Britaniyanın ticarət dövriyyəsi 2026-cı ilin yanvar-iyun aylarında 3 milyard 621 milyon 991 min dollar təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyard 960 milyon 781 min dollar və ya 5,5 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Böyük Britaniyaya 3 milyard 475 milyon 261 min dollarlıq məhsul ixrac edib. Bu da illik müqayisədə 3 milyard 331 milyon 120 min dollar və ya 24,1 dəfə çoxdur. Böyük Britaniyadan idxal isə 370 milyon 338 min manat və ya 71,6% azalaraq 146,7 milyon manata enib.
Qeyd edək ki, ötən ilin yanvar-iyun aylarında Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi 661 milyon 210 min dollar dəyərində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
