Azərbaycanda daşınmaz əmlak alanlara 20 mln. manatdan çox ƏDV geri qaytarılıb | Banco.az

Azərbaycanda daşınmaz əmlak alanlara 20 mln. manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.

Bu barədə Dövlət Vergi Xidməti xəbər verir.

    Belə ki, bu ilin yanvar - iyul ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 20 milyon 16,3 min manat təşkil edib.