Coca-Cola şirkəti və onun yaranma tarixi haqqında | Banco.az

Coca-Cola şirkəti və onun yaranma tarixi haqqında

Coca-Cola şirkəti Amerikanın transmilli içki korporasiyası olub, istehsalçı, pərakəndə satıcı və alkoqolsuz içki konsentratları və siroplarının satışı ilə məşğul olan  bazar nümayəndəsidir.  Baş ofisi ABŞ-da Corciya ştatının Atlanta şəhərində  yerləşir. Şirkətin tanınmasında əsas rol oynayan onun Coca-Cola adlı içkisidir. Bu içki 1886-cı ildə Corciya ştatının Kolumbus şəhərinin sakini  farmaseft Con Stis Pemberton tərəfindən ixtira edilmişdir. Coca Colanın formulu və brendi 1889-cu ildə Asa Candler tərəfindən alınmış və 1892-ci ildə Coca-Cola şirkətinin əsası qoyulmuşdur. Öz adaşından əlavə Coca-Cola şirkəti hazırda dünyanın 200-dən çox ölkəsindəki istehlakçılarına  500-dən çox brend təklif edir və gün ərzində 1,7 milyarddan çox xidmət təqdim edir. Şirkət 1889-cu ildən bəri müxtəlif içki doldurucularına xüsusi tərkibli sirop satışı ilə Françayzinq əsaslı distributor  sistemli əməliyyatlar aparır. Coca-Cola şirkətinin öz doldurucu  müəssisəsi Şimali Amerikada yerləşir. Şirkətin ehtiyatları “Nyu York Ehtiyat  Dəyişmə”də siyahılanır və  DJIAS&P 500 Index,  Russell 1000 Index and  Russell 1000 Growth Stock Index-lərinin bir hissəsini təşkil edir. Onun  hazırki rəhbəri və icraçı direktoru Muhtar Kentdir.

Coca-Cola reseptinin prototipi   “Qartal”  (“Eagle”)   dərman və kimyəvi məhsullar şirkətində, Kolumbus dərman bazasında Con Pemberton tərəfindən  hazırlanmışdır, əslində kokain  şərabı olan bu içki “Pembertonun fransız kokain  şərabı” adlandırılmışdır.

1886-cı ildə Atlanta və Fulton County qanunvericilik qadağasını keçdikdə Pemberton bunu Coca-Colanın inkişafı ilə cavablandırmışdı, xüsusilə də Fransız Kokain şərabının alkoqolsuz versiyası əsasında qurmuşdu.  İlk satış məntəqələri  Corciya ştatındakı  Jacob”s Farmacy aptekləri olmuşdur, satışa 8 may 1886-cı ildən başlanmışdır. İçki ilk əvvəl 1 stəkanı  5 sentə satılan patentləşdirilmiş dərman (qazlı su)  kimi qəbul edilirdi.  Həmin vaxtlarda ABŞ-da geniş   yayılmış   bir fikir mövcud idi ki, qazlı su insan sağlamlığına faydalıdır. Belə ki, Pemberton iddia edirdi ki, Coca-Cola bir sıra xəstəlikləri müalicə edir, bu xəstəliklər sırasına isə  “Morfi alışqanlığı”,  “Dispeziya”,  “Başağrı”, “Nevrasteniya”  və “İmpotensiya” aid edilirdi. Pemberton bu içkinin ilk reklamını  həmin ilin 29 may tarixində “Atlanta jurnalı”nda  yerləşdirmişdir. 

1888-ci ildə artıq bazarda  Coca-Colanın  3 müxtəlif növü satılırdı, hər  növ ayrı bir biznes idi, bu kooperasiyanın əsası 14 yanvar 1888-ci ildə  Pemberton və 4 digər biznesmen: J. C. Mayfield, A.O. Murphey, C.O. Mullahy və E.H. Bloodworth tərəfindən qoyulmuşdu. Heç bir imzalanmış, kodlaşdırılmış sənəd olmadan, sadəcə şifahi danışıqlar  əsasında qurulan bu əməkdaşlığın əsası 1887-ci ildən qoyulmuşdur, bu barədə  uzun illər sonra  Asa Candlerin  verdiyi şifahi bəyanatda  qeyd edilirdi, belə ki,  o öz çıxışında Pembertonun şirkətinin bir hissəsini mərcdə udduğunu söyləyirdi. Lakin, Asa Candler Coca-Cola şirkətində  rəsmi mövqeyə yalnız Fulton County Ali məhkəməsinin  24 mart 1888-ci il tarixli qərarı ilə  sahib ola bilmişdi. Bu hadisəyə həmçinin  Charley Pemberton və Woolfolk Walker (bacısı Margaret Dozierə görə) də daxil  idi. Bu dördlük Corciya korporasiyası olan Coca-Cola şirkətinin,  rəsmi səhmdarlarını təşkil edirdi.  Hər biri Coca-Colanın hazırlanma qaydasına bələd olan tərəflər sərbəst şəkildə istehsal gücünə malik idilər.

Baxmayaraq ki, Pemberton  bəyan  edirdi ki, Coca-Cola adı onun oğlu Charleyə məxsusdur, vəziyyəti  Candler və  Walker elə təbliğ edirdilər ki, bu  hal tezliklə Charley Pembertonla onların arasında qalmaqal yaratdı. Bu zaman tərəflər arasında qarşıdurmaya səbəb John Pemberetonun  imzaladığı vahid hüquqların tətbiqinə dair sənədə atdığı imzanı unutması idi. Vətəndaş müharibəsində aldığı xəsarətə görə Morfin alışqanlığı onun səhhətində  ciddi problemlərin meydana gəlməsinə səbəb oldu, bu isə vəziyyəti daha da qəlizləşdirdi. Sonda isə Charley Pembertonun  Coca-Colanın ən böyük səhminə sahib olması bu şirkət yaradılarkən atasının sahib olduğu paydan qaynaqlanmışdır. Bundan sonra rəqabət əsasən  iki tərəf arasında Charley Pemberton və Asa Candlerin oğlu Charles Hoüard Candlerin arasında daha kəskin xarakter almışdır. C. H. Candler 1950-ci ildə nəşr etdirdiyi kitabında  atasının tərcümeyi halında  aşağıdakıları bildirmişdir : “14 aprel, 1888-ci ildə gənc əczaçı (Asa Candler) Coca-Cola adlı tərkibi naməlum preparat eliksirinin formulasının  üçdə birini səhm olaraq almışdır.” Daha sonra Candler  Cahrley Pembertona məxsus üçdə bir hissənin səhmini  və həmçinin Walekrə məxsus səhmin  ikidə birini   satın aldı, bu Coca-Cola tarixində dönüş nöqtəsi oldu və bundan sonra Coca-Cola sirophazırlayıcı aparatları  Candlerin Peachtree (Şaftalı ağacı) küçəsində yerləşən  geniş ərazisinə gətirildi və burada içkilərin hazırlanması daha əlverişli xarakter daşımağa başladı.  1910-cu ildə Asa Candler əmr verdi ki, birinci Coca-Cola şirkətinə  məxsus korporativ sənədlərin hamısı yandırılsın.  1888-ci ildə çəkilmiş orijinal fotoşəkil  şirkətin   ilk dövrlərini əks etdirir və əvvəllər Asa Griggs Candlerə məxsus olmuşdur.

1914-cü ildə Marqaret Dozier Coca-Cola şirkətinin həmtəsisçisi kimi iddia qaldırdı ki, Coca-Cola satış qəbzindəki ona aid olan imza saxtadır, daha sonrakı araşdırmalar Pembertonun imzasının da saxta olduğunu sübut etdi və hətta güman edilirdi ki, Pembertonun saxta imzası elə onun oğlu tərəfindən atılmışdı.

1892-ci ildə Candler ikinci, hazırki Coca-Cola şurkətini formalaşdırmağı müəyyənləşdirdi. Coca-Colanın yandırtdığı  sənədlərinin isə  bir ofisdən digərinə köçən zaman itirildiyini  iddia etmişdir. Şirkətin erkən dövrlərinə aid sənədlərin yoxa çıxması onun hüquqi əsaslarını da qaranlıq altına aldı. Yeganə dəlil 1888-ci ildə çəkilmiş fotoşəkildir ki, onu da Candler Atlantadan kənardakı şəxsi malikanəsində saxlamışdır. Daha sonra Candler, “Yum-yum”  və “Koke” adı ilə satdığı məhsulları satarkən bir-sıra təzyiqlərə məruz qaldı. Bu vaxt Charley Pemberton Coca-Cola adı altında  (tam hazır olmamasına baxmayaraq) atasının  eliksir qarışığının  satışı ilə məşğul idi. Digər iki tərəfi tutmaqda (saxlamaqda) çətinlik çəkdiyini görən Atlantalı əczaçı Candler, Coca-Colaya dair hüquqi iddia qaldırmağa cürət etmirdi və rəqiblərinə (Walker və Dozierə) biznesdən kənar təzyiq göstərə biləcəyi yollar axtarırdı.

Ən sərfəli kredit üçün müraciət et

1888-ci il 16 avqustda John Pemberton qəfil ölür və Asa Candler Coca-Cola üzərində tam nəzarəti ələ almaq üçün sürətlə hərəkətə başlamağı qərara alır.

Charley Pemberton (içki düşgünü) Asa Candlerin cəsarətini qıran yeganə maneə idi.  Candlerə deyilmişdi ki, “Coca-Cola” rəsmi adını Charleydən atasının ölümündən dərhal sonra alsınlar. Belə bir əhvalat da var ki, guya Pemberton bu adı onun anasından  elə dəfn mərasimindəcə 300 dollara  alıb.

Nəhayət, 23 iyun, 1894-cü ildə Charley Pemberton əlində tiryək çubuğu ilə huşsuz vəziyyətdə tapıldı. 10 gün sonra 40 yaşında o,  Atlanta Grady Hospitalında vəfat etdi.

Charley Howard Candlerin 1950-ci ildə nəşr etdirdiyi kitabında atası haqqında belə yazılır: “1888-ci il avqustun 30-da Asa Candler Coca-Colanın yeganə mülkiyyətçisinə çevrildi və bu fakt blanklarda, invoys kağızlarda və reklamlarda qeyd olundu. Candler həmçinin Dozier və Walkerlə də razılığa gəldi, belə ki bu razılaşmaya əsasən Candler 1000 dolları müəyyən müddətə tərəflərə ödəməli idi.1 may 1889-cu  ildə Candler Coca-Cola içkisinin yeganə sahibi idi, o içki sektoruna artıq 2300 dollar civarında investisiya yatırımı etmişdi.

Məlumatlara görə, butulkada  Coca-Cola  ilk dəfə  12 mart 1894-cü ildə satılmışdır. Bu ideya 1890-cı illərin sonu Asa Candlerin ağlına gəmişdir. Bu barədə ilk dəfə1891-ci ilin yanvarında Grier”s  Almanac da(illik jurnal) məlumat dərc edilmişdi : “Butulkada olan Cola əczaçılar və ərzaqçılar tərəfindən  25 sentə satılır.” İçkinin tərkibində həmçinin kokain (narkotik) var idi və bu  barədə həmin dərginin  təqvim başlıqlarındakı reklam yerində qeyd olunurdu.

Atlantadan sonra butulkada Kola istehsalı ilk dəfə Missisipi ştatının Viksburq şəhərində “Biedenharn” şirniyyat şirkətində reallaşmışdır. Bu vaxt butulkalar hazırki formadan (dar ətək formasından 1915) çox fərqlənirdi. Baxmayaraq ki, Coca-Cola üçün butulka formasını Asa Candler düşünmüşdü, o bunun müvəqqəti olacağını zənn edirdi. Bu  vaxt  qarşıda  duran vacib məsələ  butulkada olan içkini bütün ABŞ bazarlarına yaymaq idi. Candler qatar və at arabalarından istifadə etmək niyyətində idi ki, onlar da sərfəli deyildilər, bu vaxt Candler   qaz motorlu avtomobil və motorlu yük maşınların mövcudluğundan xəbərsiz idi. Candlerin düşüncəsinə görə yerli paylanma daha vacib amil idi və ölkə səviyyəsində distributor xidmətlərindən istifadə etmək onun sakit və nisbətən kiçik şirkəti üçün çox böyük addım olardı.  Bir neçə il sonra Tennesi ştatının Çattanuqa şəhərindən olan 2 sahibkar: Bencamin Tomas və Cozef Vaythed qablaşdırma təklifi etdilər və o qədər inandırıcı davrandılar ki, onlara  cəmi 1 dollara  prosedura nəzarət etmək üçün icazə verildi. 1899-cu ildə Çattanuqa ilk Coca-Cola qablaşdırma şirkətinə çevrildi. Bu azad şərtli  müqavilə şirkətə həlli onilliklər çəkən problemlər yaratdı.

İlk reklam banneri 1894-cü ildə Corciya ştatının Kartersvil şəhərində hazırlanaraq asıldı. Coca-Cola siropu indi də  o vaxtlarda kiçik ölçülərdə müəyyən xəstəliklərin müalicəsi naminə apteklərdə satılırdı. Öz 50 illik yubileyi ərəfəsində şirkət artıq ABŞ-ın milli simvoluna çevrilmişdi. 1935-ci ildə tərkibində edilən bir neçə xırda dəyişiklikdən sonra  şirkət Atlanta ravvini tərəfindən mükafatlandırılmışdı.

Coca-Colanın 1 milyonuncu qallonu 1944-cü il 12 iyul tarixində  xüsusi rəssam tərəfindən çəkilmiş çərçivəyə salınaraq Charles Hovard Candlerə təqdim edilmişdir.

Dünyada bir ilk olduğu iddia edilən qayıq motoru formasında olan qablaşdırmada Cola satışı 1948-ci ildə əczaçı Flemansın Atlantadakı aptekində reallaşdırılmışdı. İlk Cola kanistrləri isə 1955-ci ildə peyda olmuşdur.

1985-ci ildə şirkət Colanın tərkibində bəzi dəyişikliklər edərək onu “teni kola” adı altında satmağa qərar verdi. Lakin rəhbərlik əhalinin narazılığı ilə qarşılaşacağından xəbərsiz idi və buna hazırlıqlı deyildi. Narazılıqları nəzərə alan şirkət əvvəlki formulanın müxtəlif variantlarından istifadə etmək qərarına gəldi və əsas şirinləşdirici olan şəkər qamışı əvəzinə yüksək fruktozalı taxıl siropunu istifadə etdi və bunu Coca-Cola klassik adlandırdı.

5 iyul 2005-ci ildə məlum oldu ki, Coca-Cola 1968-ci ildə Ərəb Liqası onu baykot etdikdən sonra ilk dəfə İraqda əməliyyatlar aparacaq. 2007-ci ilin aprelində Kanadada  “Coca-Cola Claasic” adı sadəcə “Coca-Cola” ilə əvəzləndi, lakin formula dəyişmədi.

2009-cu ilin yanvarında Coca-Cola şirkəti istehsal etdiyi və  cənub şərqi ABŞ-da satdığı  məhsullar üzərində “Claasic” sözünü  yazmağı dayandırdı. Bu dəyişiklik şirkətin böyük strategiyasının tərkib hissəsi idi ki, məhsulun daha cavan imicini formalaşdırsın. 2011-ci ilə qədər isə bütün məhsullar üzərindən həmin söz yığışdırıldı.

2009-cu ilin noyabrında Coca-Cola məhsullarının topdansatış qiymətlərindəki  münaqişəyə görə Costco şirkəti öz rəflərini  Coke və Diet Coke məhsulları ilə doldurmaqdan imtina etdi. Buna baxmayaraq, Costco-nun bəzi yerli bölmələri (məsələn, Arizona ştatının Tucson şəhərində) hələ də Mexikodan idxal edilmiş Coca-Cola məhsulları satılırdı.

2009-cu ildə şirkət öz 7,5 unsiyalıq mini-bankadakı məhsulunu təqdim etdi və 2011-ci ilin 22 sentyabrında şirkət qiymət azalmaları barədə elan verdi. Şirkət, həmçinin təkrar satıcılardan məhsulun 8 paketini 2,99 dollara satmağı söylədi. Həmin gün, Coca-Cola 12,5 unsiyalıq butulkanı 89 sentə satılması söylənildi. 16 unsiyalıq butulka 99 sentə yaxşı satılırdı, amma qiymət get-gedə 1,19 dollara gəlib çatmışdı.

2012-ci ildə 60 ildən sonra (ABŞ-ın qoyduğu sanksiyalarla bağlı) Coca-Cola şirkəti Myanmada yenidən biznesini qurmağa başladı. Şirkət öz müttəfiqləri ilə birgə Hindistanda reallaşacaq əməliyyatlara görə 2020-ci ilə qədər  5 milyard ABŞ dolları həcmində investisiya yatırımı etmək niyyətindədir.