Azərbaycan BOKT-ları I yarımildə 121 milyon manatdan çox xalis mənfəət əldə edib | Banco.az

Azərbaycan BOKT-ları I yarımildə 121 milyon manatdan çox xalis mənfəət əldə edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2026-cı ilin I yarısında 121,2 milyon manat xalis mənfəət əldə ediblər. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, BOKT-lar 2025-ci ilin eyni dövrünü 13,2 milyon manat xalis zərərlə başa vurmuşdu.

Məlumata görə, bu ilin 1 iyul tarixinə BOKT-ların aktivləri 1 milyard 528.3 milyon manat olub. Bu da illik müqayisədə 564,9 milyon manat və ya 58,6% çoxdur.

Qeyd edək ki, hesabat dövrü ərzində BOKT-ların öhdəlikləri 63,6% artaraq 838,7 milyon manata, balans kapitalı isə 53% artaraq 689,6 milyon manata çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram