AtaBank-dan "MilliÖN" Ödəmə Nöqtələri vasitəsilə kredit ödənişləri. | Banco.az

AtaBank-dan "MilliÖN" Ödəmə Nöqtələri vasitəsilə kredit ödənişləri.

Artıq AtaBankın kredit müştəriləri günün istənilən vaxtı, banka gəlmədən öz kredit ödənişlərini həyata keçirə biləcək. Bu, AtaBankın "MilliÖN" ödəniş sisteminə qoşulması nəticəsində mümkün olmuşdur. Bu layihəni həyata keçirməkdə Bankın əsas məqsədi öz müştərilərinin rahatlığını təmin etməkdir, çünki iş vaxtı hamının banka gələrək kredit ödənişi etmək imkanı olmur.  İndi isə AtaBankın müştəriləri öz kredit ödənişlərini ölkəmizin müxtəlif yerlərində yerləşdirilmiş 600-dən artıq "MilliÖN" Ödəmə Nöqtələrinin köməyi ilə həyata keçirəcəklər.

Kredit ödənişlərini "MilliÖN" Ödəmə Nöqtələri vasitəsilə həyata keçirmək üçün müştərilər sadəcə Banka yaxınlaşaraq "kredit İD" kodlarını almalıdırlar. "MilliÖN" Ödəmə Nöqtələri vasitəsilə kredit ödənişlərinın həyata keçirilməsi ardıcıllığı aşağıdakı kimidir:

·         Terminalın ekranından "Bank xidmətləri" bölməsi seçilir;

·         Növbəti açılan pəncərədən "AtaBank" seçilir; 

·         Sonra Bank tərəfindən təqdim edilən "Kredit İD"-si iki dəfə daxil edilir;

Ən sərfəli kredit üçün müraciət et

·         "Kredit İD"-si iki dəfə daxil edildikdən sonra müştərinin adı, soyadı və atasının adı ekranda çıxır;

·         Ad və soyada əsasən kredit kodunun düz daxil edilməsinə əmin olduqdan sonra ödənilən məbləğ terminala daxil edilir;

·         Terminaldan çıxan qəbz, ödənişi təsdiq edən sənəd sayılır və saxlanılması məqsədəuyğundur.

Terminal vasitəsilə kredit ödənişi üçün xidmət haqqı tutulmur. Ödənişlər real vaxt rejimində həyata keçirilir. İş saatlarından kənar, istirahət və bayram günləri edilən ödənişlərin silinməsi növbəti iş günü həyata keçirilir. 

"MilliÖN" Ödəmə Nöqtələri  Bakı şəhəri və Azərbaycanın digər şəhərləri üzrə müxtəlif ticarət və biznes mərkəzlərində, metro stansiyalarında, supermarketlərdə, vağzallarda və hava limanında yerləşdirilib.