Pentaqon: İranla müharibənin dəyəri 37,5 milyard dollara çatıb | Banco.az

Pentaqon: İranla müharibənin dəyəri 37,5 milyard dollara çatıb

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ müdafiə naziri Pit Heqset İranla davam edən müharibənin ABŞ-a indiyədək 37,5 milyard dollara başa gəldiyini açıqlayıb.

Banco.az xəbər verir ki, Heqset bu barədə ABŞ Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Pentaqonun 2026-cı maliyyə ili üçün tələb etdiyi əlavə büdcə ordunun təcili ehtiyaclarının qarşılanması və müasir texnologiyalara investisiyaların artırılması üçün zəruridir.

Nazir qeyd edib ki, ABŞ "təhlükəli bir dünyada" fəaliyyət göstərir və süni intellekt, emal gücü, muxtar sistemlər və kosmik texnologiyalar kimi sahələrə vaxtında sərmayə qoyulmaması ölkənin hərbi üstünlüyünü zəiflədə bilər.

Demokrat senator Dik Durbinin İranla müharibənin ümumi dəyəri ilə bağlı sualını cavablandıran Heqset bu məbləğin hazırda 37,5 milyard dollara çatdığını bildirib.

O əlavə edib ki, əlavə maliyyələşdirmə təmin olunmasa, ordunun sursat və texnika ehtiyatlarının yenilənməsi, mühüm əməliyyatların davam etdirilməsi, eləcə də hərbçilərin maaşlarının ödənilməsi ilə bağlı ciddi problemlər yarana bilər.