Azərbaycan nefti bahalaşıb | Banco.az

Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Banco.az  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.41 dollar və ya 2,63% bahalaşaraq 93.91 ABŞ dolları olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 91.5 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.