Azərbaycan İsveçrəyə qızıl tədarükündən qazancını 38 %-dən çox artırıb | Banco.az

Azərbaycan İsveçrəyə qızıl tədarükündən qazancını 38 %-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 3 milyard 636 milyon 158 min ABŞ dolları dəyərində 23 min 799,8 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər/ qızıl, sikkə kəsilməsində istifadə olmayan, digər emal olunmamış formalarda) ixrac edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 30 dəfə, kəmiyyət olaraq – 13,6 dəfə çoxdur.

Azərbaycan Böyük Britaniyaya 3 milyard 468 milyon 462,35 min ABŞ dolları dəyərində 21 min 902 ton və İsveçrəyə 167 milyon 695,8 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 38,3 % çox) 1 min 897,8 ton (+8,4 %) məhsul satıb.

Hesabat dövründə Azərbaycana xaricdən 14 milyon 904,8 min ABŞ dolları dəyərində 89,2 ton qızıl gətirilib.

Azərbaycan Türkiyədən 12 milyon 39,5 min ABŞ dolları dəyərində (-39 %) 70,1 kiloqram (-55 %), İsveçrədən 2 milyon 785,3 min ABŞ dolları dəyərində (-8 %) 19 kiloqram (+4,8 dəfə) və Birləşmiş Ərəb Əmirliklərindən 508,3 milyon ABŞ dolları dəyərində 4 min 149 kiloqram (1 il əvvəl tədarük olmayıb) qızıl alınıb.

Ötən il Azərbaycan ancaq İsveçrəyə qızıl satıb. Bu ölkəyə 326,2 milyon ABŞ dolları dəyərində 4 min 522 kiloqram qızıl tədarük olunub ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 54 % və 6 % çoxdur.