Qida müstəqilliyi xəritəsi: Lider ölkələr hansılardır? | Banco.az

Qida müstəqilliyi xəritəsi: Lider ölkələr hansılardır?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Qida təhlükəsizliyi yalnız kifayət qədər ərzaq istehsal etməklə deyil, həm də əhalinin bütün əsas qida qrupları üzrə tələbatını ödəyə bilməklə ölçülür.

Nature Food tədqiqatının məlumatlarına əsasən, dünyada yalnız bir ölkə yeddi əsas qida qrupunun hamısını daxili istehsal hesabına təmin edə bilir. Hətta ABŞ və Çin kimi iri kənd təsərrüfatı istehsalçıları belə bəzi məhsullar üzrə idxaldan asılıdır.

Banco.az xəbər verir ki, Qayana yeddi əsas qida qrupunun hamısını daxili istehsalla təmin edən yeganə ölkədir. Çin və Vyetnam isə altı qida qrupu ilə ona ən yaxın göstəriciyə malikdir.

  • Qayana – 7

  • Çin – 6

  • Vyetnam – 6

  • Paraqvay – 5

  • Yeni Zelandiya – 5

  • Uruqvay – 5

  • Vanuatu – 5

  • Argentina – 5

  • Braziliya – 5

  • Litva – 5

ABŞ və Kanada kimi inkişaf etmiş ölkələr də yeddi qida qrupundan yalnız dördünü daxili istehsalla təmin edir. Bunun əsas səbəbləri iqlim və coğrafi məhdudiyyətlərdir. Yaxın Şərq və Şimali Afrika isə su qıtlığı səbəbindən qida idxalından daha çox asılıdır.

FAO-nun məlumatına görə, dünya akvakultura istehsalının 91%-i Asiyanın payına düşür ki, bu da bir çox ölkəni balıq və dəniz məhsulları üzrə idxaldan asılı vəziyyətdə saxlayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram