İlin ən kiçik sığorta ödənişi: "Ata Sığorta " - 39,8 manat | Banco.az

İlin ən kiçik sığorta ödənişi: "Ata Sığorta " - 39,8 manat

Bu dəfə ölkənin sığorta şirkətlərinin müxtəlif sığorta növləri üzrə 2013-cü il ərzində həyata keçirdiyi ƏN KİÇİK sığorta ödənişlərini təqdim edir.

Banco.az-ın Fins.az-a istinadən verdiyi məlumata görə ötən il ərzində "Ata Sığorta" sığorta şirkəti tərəfindən həyata keçirilən ən kiçik sığorta ödənişi - 39,8 manatdır. Şirkətdən fins.az-a verilən məlumata görə, bu məbləğ 07.08.2013-cü il tarixində əmlakın icbari sığortası üzrə - sığortalının evində baş verən yanğına görə ödənilib. Yanğın nəticəsində evin fasadına ziyan dəyib - fasada çəkilmiş lambrin qatı sıradan çıxıb. Zərərin ümumi məbləği 289,8 manat olub, bundan 250 manatlıq franşiza məbləği çıxılaraq müştəriyə 39,8 manat ödənilib. 

Ən sərfəli kredit üçün müraciət et

fins.az