Müəllif:Gülnar Əhmədli, Banco.az
Dünyanın ən böyük şirkətləri son bir ildə rekord mənfəət əldə edib və texnologiya sektoru digər sahələr üzərində üstünlüyünü daha da gücləndirib.
Banco.az xəbər verir ki, Forbes Global 2000 reytinqi və şirkətlərin son 12 aylıq maliyyə nəticələrinə əsaslanan məlumatlarda 2026-cı ildə ən gəlirli korporasiyaları sıralanıb.
İlk sıralarda əsasən texnologiya şirkətləri yer alsa da, enerji, maliyyə və pərakəndə satış nəhəngləri də diqqət çəkir.
2026-cı ilin ən gəlirli 10 şirkəti (mənfəət, milyard dollar):
- Alphabet – 160,2
- Microsoft – 125,2
- Apple – 122,6
- NVIDIA – 120,1
- Saudi Aramco – 99,3
- Amazon – 90,8
- Berkshire Hathaway – 72,5
- Meta Platforms – 70,6
- TSMC – 62,5
- JPMorgan Chase – 58,6
Siyahıda texnologiya şirkətlərinin üstünlüyü süni intellekt, bulud xidmətləri, yarımkeçiricilər və rəqəmsal reklam bazarındakı sürətli inkişafla əlaqələndirilir. Enerji sektorunda Saudi Aramco, maliyyə sektorunda isə Berkshire Hathaway və JPMorgan Chase ən yüksək mənfəət əldə edən şirkətlər arasında yer alır.
Bizi sosial şəbəkələrdən izləyin!!
