Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub | Banco.az

Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub

Unicapital İnvestisiya Şirkətinin Baş direktoru Vüqar Namazov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) Bank, Maliyyə və Sığorta (BMS) Komitəsinin yeni Sədri təyin olunub.

Qeyd edək ki, Vüqar Namazov bundan əvvəl Komitədə Sədr müavini kimi fəaliyyət göstərib və bu müddət ərzində maliyyə sektorunda əməkdaşlığın gücləndirilməsi, peşəkar əlaqələrin təşviqi və sahənin inkişafına yönəlmiş təşəbbüslərin formalaşdırılmasında fəal iştirak edib.

Bu təyinat həm "Unicapital"ın ölkənin maliyyə-kapital bazarlarındakı güclü mövqeyinin, həm də şirkət rəhbərliyinin peşəkar nüfuzunun növbəti göstəricisidir.

AmCham Azərbaycanın Bank, Maliyyə və Sığorta Komitəsi ölkənin maliyyə xidmətləri ekosistemində bankçılıq, maliyyə və sığorta sahələrini bir araya gətirən əsas platformalardan biridir. Komitə özəl sektor və tənzimləyici qurumlar arasında dialoqun inkişafını, şəffaflığın təşviqini və dayanıqlı maliyyə infrastrukturunun formalaşmasını dəstəkləyir.