“OpenAI” və “Broadcom” ilk xüsusi süni intellekt çipini təqdim ediblər | Banco.az

“OpenAI” və “Broadcom” ilk xüsusi süni intellekt çipini təqdim ediblər

Müəllif: Tamara Mustafayeva, Banco.az

“OpenAI” və “Broadcom” ilk xüsusi süni intellekt çipini təqdim ediblər.

Banco.az xəbər verir ki, ABŞ mərkəzli "OpenAI" süni intellekt şirkəti yarımkeçirici istehsalçısı "Broadcom" ilə birgə hazırladığı ilk xüsusi süni intellekt çipini təqdim edib.

Şirkətin açıqlamasında bildirilib ki, “Jalapeno” adlanan çip hazırda istifadə olunan və gələcəkdə tətbiq ediləcək böyük dil modelləri üçün sıfırdan layihələndirilib.

Açıqlamaya görə, çipin layihələndirilməsindən istehsala hazır vəziyyətə gətirilməsinədək olan proses, "OpenAI" modellərinin dəstəyi ilə cəmi 9 ay ərzində tamamlanıb. İlk sınaqlar göstərib ki, birinci nəsil sürətləndiricinin hər vatt enerji sərfiyyatına düşən məhsuldarlığı hazırda mövcud olan ən qabaqcıl həllərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksək olacaq.

Vurğulanıb ki, “Jalapeno” qabaqcıl süni intellekt texnologiyalarını daha sürətli, daha etibarlı və daha geniş istifadəçi auditoriyası üçün əlçatan etməyi hədəfləyən çoxnəsilli hesablama platformasının ilk mərhələsini təşkil edir. Çipin 2026-cı ildə məlumat emalı mərkəzlərində istifadəyə verilməsi planlaşdırılır.

Şirkətin açıqlamasında qeyd olunub ki, sözügedən çip "OpenAI"ın yalnız modellərini deyil, həmin modellərin işlədiyi infrastruktur texnologiyalarını da öz daxilində inkişaf etdirmək strategiyasının mühüm tərkib hissəsidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram