Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ administrasiyası Belarus, Honkonq, Çin və İrandan olan 12 şirkətə İslam İnqilabı Keşikçiləri Korpusuna daşına bilən hava hücumundan müdafiə sistemləri (MANPADS) təchiz etdikləri iddiası ilə sanksiyalar tətbiq edib və ya onları genişləndirib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında bildirilib.
ABŞ Maliyyə Nazirliyi iki İran vətəndaşına, dörd Çin vətəndaşına, üç Honkonqda yerləşən şirkətə və bir Çin şirkətinə qarşı sanksiyalar tətbiq edib. Bundan əlavə, mövcud sanksiyalar bir İran vətəndaşına, Belarus və İrandan olan iki şirkətə qarşı genişləndirilib.
ABŞ hakimiyyət orqanlarının məlumatına görə, MANPADS-lar Çindən İrana təchiz edilib və vasitəçi kimi Belarus şirkəti istifadə olunub.
