Dünyanın ən böyük hotel şəbəkələri | Banco.az

Dünyanın ən böyük hotel şəbəkələri

Müəllif: Gülnar Əhmədli, Banco.az

Turizm sektoru qlobal iqtisadiyyatın ən dinamik sahələrindən biri hesab olunur. Dünyanın aparıcı hotel şirkətləri milyonlarla qonağa xidmət göstərməklə yanaşı, milyardlarla dollarlıq bazar dəyərinə malikdir. Son məlumatlara əsasən, bazar kapitallaşmasına görə dünyanın ən böyük hotel və kurort şirkətlərinin siyahısı açıqlanıb.

Banco.az xəbər verir ki, siyahıda ABŞ şirkətləri üstünlük təşkil etsə də, Avropa və Asiyanın aparıcı turizm qrupları da ilk onluqda yer alıb.

İlk 10-luq aşağıdakı kimidir: (9 iyun 2026-cı il tarixinə):

  • Marriott International (ABŞ) - 103,21 milyard dollar
  • Hilton Worldwide (ABŞ) - 77,54 milyard dollar
  • Las Vegas Sands (ABŞ) - 33,65 milyard dollar
  • InterContinental Hotels Group (Birləşmiş Krallıq) - 24,24 milyard dollar
  • Oriental Land (Yaponiya) - 22,49 milyard dollar
  • Hyatt Hotels (ABŞ) - 18,24 milyard dollar
  • Galaxy Entertainment (Honkonq) - 17,29 milyard dollar
  • Host Hotels & Resorts (ABŞ) - 16,95 milyard dollar
  • H World Group Limited (Çin) - 13,57 milyard dollar
  • Accor (Fransa) - 12,48 milyard dollar

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram