Dünya bazarında neftin son qiyməti | Banco.az

Dünya bazarında neftin son qiyməti

Yaxın Şərq münaqişəsində yeni eskalasiya əlamətləri fonunda neft qiymətləri 4%-dən çox artıb.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında avqust ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 4,23 dollar (4,54%) çox olmaqla 97,32 dollar/barel təşkil edib. Cümə günü bu müqavilələr 1,94 dollar (2,04%) azalaraq 93,09 dollar/barel təşkil edib.

Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarət sessiyasında iyul ayı üçün WTI xam neftinin fyuçerslərinin qiyməti 3,94 dollar (4,35%) artaraq bir barel üçün 94,48 dollara çatıb. Əvvəlki sessiyada isə 2,50 dollar (2,69%) azalaraq bir barel üçün 90,54 dollara düşüb.

Son bir həftə ərzində Brent 2,2%, WTI isə 3,6% bahalaşıb.