"PAŞA Həyat"ın əməkdaşları Lənkəranda uşaq evini ziyarət ediblər | Banco.az

"PAŞA Həyat"ın əməkdaşları Lənkəranda uşaq evini ziyarət ediblər

23 may tarixində PAŞA Həyat əməkdaşları korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində Lənkəran 5 saylı Osman Mirzəyev adına Uşaq Evini ziyarət etdilər.

Təşəbbüsün əsas məqsədi uşaqların arzularını gerçəkləşdirmək, onların sevincinə səbəb olmaq və birlikdə unudulmaz vaxt keçirtməkdir. Bildirək ki, ziyarət öncəsi uşaq evində yaşayan 42 uşaq öz istəklərini məktublar vasitəsilə  PAŞA Həyat əməkdaşları ilə paylaşdı.  Əməkdaşları həmin məktubları diqqətlə oxuyaraq uşaqların arzuladığı hədiyyələri təqdim etdilər.

Tədbirdə PAŞA Həyat komandasından 20 əməkdaş iştirak edərək gün ərzində animatorların iştirakı ilə müxtəlif əyləncəli proqramda uşaqlarla  birlikde oyunlar  oynadılar.

Bu görüş bir daha göstərdi ki, kiçik bir diqqət və qayğı belə uşaqların yaddaşında böyük sevincə çevrilə bilir.

PAŞA Həyat olaraq inanırıq ki, cəmiyyətə dəyər qatmağın ən gözəl yolu paylaşmaq, qayğı göstərməkdir.