"Visa" və "Mastercard"ın Rusiya bazarındakı payı kəskin şəkildə azalıb | Banco.az

"Visa" və "Mastercard"ın Rusiya bazarındakı payı kəskin şəkildə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Alla Bakina paytaxt Moskva şəhərində jurnalistlərə verdiyi açıqlamada ölkənin ödəniş bazarı ilə bağlı qiymətləndirmələr aparıb.

Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının Milli Ödəniş Sistemi Departamentinin direktoru Alla Bakina bildirib ki, “Visa” və “Mastercard” kartlarının Rusiya ödəniş bazarındakı payı 17 faizdən aşağı düşüb.

O qeyd edib ki, “Visa” və “Mastercard” 2022-ci ildən əvvəl Rusiyada bazarın əsas hakim qüvvəsi idi. Bakinanın sözlərinə görə, “Hər iki şirkət 2022-ci ildə Rusiyadan çıxdı. Ötən müddət ərzində bu alətlərin bazardakı payı azaldı və hazırda 17 faizdən aşağıdır”.

Bakina vurğulayıb ki, “Visa” və “Mastercard” artıq Rusiyada əvvəllər təqdim etdikləri funksiyanı yerinə yetirmir. O əlavə edib: “Bu kartların, əlbəttə ki, bazarımızdan çıxması lazımdır”.

Bakina həmçinin bildirib ki, Rusiya ödəniş sistemi “öz dayanıqlığını nümayiş etdirməyə davam edir” və nağdsız ödənişlərin payı da sabit şəkildə yüksək səviyyədə qalır.

Onun sözlərinə görə, Rusiyada nağdsız ödənişlərin payının 2026-cı ilin sonuna qədər 90 faiz həddini aşacağı gözlənilir.

“Visa” və “Mastercard” Rusiya-Ukrayna mühribəsi başlanandan sonra, 2022-ci ilin mart ayında Rusiyadakı fəaliyyətlərini dayandırmışdı. Bundan sonra Rusiya bankları tərəfindən buraxılmış “Visa” və “Mastercard” kartlarının xaricdə istifadəsi, eləcə də xarici ölkələrdə buraxılmış kartların Rusiyada istifadəsi dayandırılmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram