Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsi 2026-cı ilin yanvar-aprel aylarında 385 milyon 527 min dollar təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 112 milyon 624 min dollar və ya 41,3% çoxdur.
Hesabat dövründə Azərbaycan Gürcüstana 340 milyon 257 min dollarlıq məhsul ixrac edib. Bu da illik müqayisədə 105 milyon 347 min dollar və ya 44,8% çoxdur. Gürcüstandan ixrac isə 45 milyon 270 min dollara bərabər olub.
Qeyd edək ki, ötən ilin yanvar-aprel aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 272 milyon 903 min dollar dəyərində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
