"Apple" yeni “Siri” ilə məxfiliyi gücləndirir: Avtomatik silmə funksiyası əlavə olunur | Banco.az

"Apple" yeni “Siri” ilə məxfiliyi gücləndirir: Avtomatik silmə funksiyası əlavə olunur

Müəllif:Mehin Qasımova,Banco.az

"Apple" şirkətinin iyun ayında keçiriləcək Ümumdünya Yaradıcılar Konfransı (WWDC) tədbirində yenilənmiş Siri-ni təqdim edəcəyi gözlənilir.

Banco.az xəbər verir ki, bu dəfə şirkət süni intellekt imkanları ilə yanaşı, məxfilik məsələsini əsas prioritet kimi ön plana çıxaracaq.

Yeni "Siri" modeli Google-ın “Gemini” süni intellekt sistemi ilə dəstəklənəcək. Bununla da Apple-ın istifadəçilərə "OpenAI" tərəfindən hazırlanan “ChatGPT”yə bənzər çatbot təcrübəsi təqdim etməsi gözlənilir.

Məlumata görə, "Siri" tətbiqində istifadəçi məlumatlarının saxlanılması və idarə olunması ilə bağlı əlavə məxfilik funksiyaları olacaq. İddialara əsasən, istifadəçilər “Mesajlar” tətbiqində olduğu kimi söhbətlərin 30 gün, 1 il sonra avtomatik silinməsini seçə və ya məlumatları müddətsiz saxlaya biləcəklər.